22 İyul 2025 / 19:38

Almaniya Ukraynaya “Patriot” tədarükünün şərtlərini açıqlayıb

Almaniya altı-səkkiz ay ərzində Ukraynaya iki Patriot zenit-raket kompleksi verəcək.

Tezadlar.az N-TV-yə istinadən xəbər verir ki, bu şərti Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius deyib.

Nazirin sözlərinə görə, bu, Bundesverdə döyüş qabiliyyətini və təlim imkanlarını qorumaq üçün lazımdır. “Sistem çatışmazlığı səbəbindən bunu bir il, bir il yarım, hətta iki il edə bilməsək, təlim keçirmək qabiliyyətini itirəcəyik”, – o izah edib.

Pistorius bildirib ki, Kiyevə beş sistem lazımdır.

Bundan əvvəl “The Wall Street Journal” ABŞ-ın ilk növbədə “Patriot” sistemlərini Ukraynaya ötürən ölkələrə tədarük etmək qərarına gəldiyini yazmışdı. Belə ki, Tramp administrasiyası İsveçrəyə deyil, Almaniyaya üstünlük verib. Digər ölkələr “Patriot”u öz arsenallarından Ukraynaya göndərməyə razılaşdıqca, Tramp administrasiyası gələcək tədarük planlarını dəyişməyi planlaşdırır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!