1 Oktyabr 2025 / 08:48

Almaniya XİN NATO-nu PUA-larla bağlı sakitliyə çağırıb

Almaniyanın xarici işlər naziri Yohan Vadeful NATO ölkələrini bir sıra Avropa ölkələrində pilotsuz təyyarələrlə bağlı insidentlərə cavab olaraq təmkinli olmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, bu barədə o, “Funke” media qrupuna müsahibəsində bildirib. Onun sözlərinə görə, alyansın bu hadisələrə həddindən artıq reaksiyası arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

“Bunun üçün ən yaxşı cavab sakitliyi qorumaqdır. İndi çox uzağa getmək səhv olardı”, – Vadeful “Funke” jurnalistlərə müsahibəsində vurğulayıb.

Nazir təmkinliliyin və vəziyyəti təhlil etmək üçün rasional yanaşmanın vacibliyini vurğulayaraq, tələsik addımların yalnız Avropada gərginliyi daha da artıra biləcəyini izah edib.

Müsahibə zamanı Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya tərəfi ilə mümkün əlaqələri də müzakirə edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşün məqsədəuyğunluğu ilə bağlı sualı cavablandıran Vadeful bildirib ki, hazırda belə danışıqlara ehtiyac görmür.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!