Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Yanvar 2026 / 22:11

Almaniyadan Trampın NATO bəyanatına sərt reaksiya

Almaniyanın keçmiş müdafiə naziri Karl-Teodor Quttenberq ABŞ Prezidenti Donald Trampın Əfqanıstandakı əməliyyatda NATO müttəfiqlərinin rolunu azaldan bəyanatını tənqid edərək, Amerika liderinin üzr istəməli olduğunu deyib.

Tezadlar.az xəbər verir ki, o, bu barədə “Bild” nəşrinə danışıb.

“Bu, bütün yaralananlara və ölənlərin ailələrinə, həmçinin NATO ittifaqı çərçivəsində amerikalı yoldaşları ilə çiyin-çiyinə döyüşən əsgərlərin üzünə bir sillədir. Ona görə də üzr istəmək düzgün olardı”, – o, bildirib.

O, Trampdan belə bir addım gözləmədiyini vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!