Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az xəbər verir ki, Qazaxıstanın Almatı şəhərində on il əvvəl baş vermiş və bütün dünyanı duyğulandıran hadisə bu gün abidə şəklində gələcək nəsillərə ötürülür. Fədakarlığın və həmrəyliyin rəmzi olan həmin anlar artıq şəhərin bir parçasına çevrilib.
Hadisə necə baş vermişdi?
2016-cı ildə Almatıdakı su bəndlərindən birinə düşən köpək boğulma təhlükəsi ilə üzləşmişdi. Ətrafdakı insanların köməksiz qaldığı anda gənc bir oğlan tərəddüd etmədən suya atılaraq heyvanı xilas etməyə çalışmışdı. Lakin suyun axını və bəndin dik yamacı gəncin geri çıxmasını qeyri-mümkün etmişdi.
Möcüzəvi həmrəylik: İnsan zənciri
Həmin an hadisə yerində olan və bir-birini tanımayan onlarla vətəndaş saniyələr içində birləşərək “insan zənciri” yaratmışdılar. Əl-ələ tutaraq yamacdan aşağı uzanan insanlar həm gənci, həm də iti təhlükəsiz şəkildə yuxarı çıxarmağı bacarmışdılar. Bu görüntülər o dövrdə sosial şəbəkələrdə milyonlarla baxış yığaraq insanlığın hələ ölmədiyini bütün dünyaya sübut etmişdi.
10 İllik vəfa borcu
Hadisədən 10 il keçməsinə baxmayaraq, bu fədakarlıq unudulmayıb. Tengri News-un məlumatına görə, bu möhtəşəm dayanışma anı heykəllə əbədiləşdirilib. İndi həmin bəndin yaxınlığında ucalan abidə, insanların çətin anlarda bir araya gəldikdə nələrə qadir olduğunu xatırladır.
Bu abidə sadəcə bir xilasetmə anını deyil, həm də cəmiyyətin birliyini və hər bir canlının həyatının nə qədər dəyərli olduğunu simvolizə edir
Səbinə Bağırova
