Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Avropa İttifaqına (Aİ) üzv olan altı ölkə Ukrayna üçün təhlükəsizlik zəmanətlərini imzalamayıb.
Strana.ua xəbər verir ki, bu barədə ölkə prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa bildirib.
O, Avstriya, Xorvatiya, Polşa, Macarıstan, Slovakiya və Maltanın sazişi dəstəkləməkdən imtina etdiyinə aydınlıq gətirib.
“Düşünürəm ki, bütün bu dövlətlərin bəyannamənin tərəfi olmaq üçün siyasi iradəsi var”, – Sibiqa deyib.
Daha əvvəl Ukrayna liderinin ofisinin rəhbəri Andriy Ermak 31 ölkənin təhlükəsizlik zəmanəti bəyannaməsinə qoşulduğunu bildirib.
E.ŞİRİNOV