Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-ın F-22 qırıcıları Alyaska sammitindən Rusiyaya gedərkən Rusiya lideri Vladimir Putinin təyyarəsini müşayiət edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Yayımlanan görüntülərdə bir neçə pilotun Rusiya xüsusi təyyarəsinin yanında dəstə saxladığı görünür.
Danışıqların aparıldığı Amerikanın Ankoric şəhərindən yerli vaxtla saat 18:00-da (Moskva vaxtı ilə 07:00) havaya qalxan “Rusiya” xüsusi uçuş heyətinin İl-96 təyyarəsi Moskva vaxtı ilə saat 15:26-da Vnukovo hava limanına eniş etməyi planlaşdırır.
Alyaska sammitindən sonra Vladimir Putin ABŞ prezidenti Donald Trampla inamlı münasibət qurduğunu və bu yolla getməklə Ukraynada münaqişəni dayandırmaq şansının olduğunu bildirib. Putin həmçinin bildirib ki, Donald Trampla danışıqlar konstruktiv şəraitdə keçib.
Rusiya lideri ilə görüşdən sonra Tramp özü Ukrayna lideri Vladimir Zelenskiyə münaqişənin həlli üçün Rusiya Federasiyası ilə müqavilə bağlamağı tövsiyə edib. Bundan əlavə, tərəflər Donald Tramp, Vladimir Putin və Vladimir Zelenskinin iştirakı ilə görüşə hazırlaşmağa başlayır.
Rusiya Federasiyası və ABŞ prezidentləri Alyaska görüşündən sonra jurnalistlərə birgə danışıblar.
E.ŞİRİNOV