20 Noyabr 2023 / 11:29

“AMERİKALILAR AĞIZLARINDAN BÖYÜK SÖZLƏR DANIŞIRLAR”

ABŞ-nin İran və Azərbaycan münasibətlərinə qarışmaq haqqı yoxdur.

TEZADLAR.AZ xəbər verir ki, bunu İran XİN sözçüsü Nasir Kənani deyib.

“Amerikalılar regionun məsələlərində müdaxilə etməkdən əl çəksinlər. Amerikalılar ağızlarından böyük sözlər danışırlar”, – deyə o bildirib.

Qeyd edək ki, Vaşinqton İranla Azərbaycan arasında imzalanmış dəhliz anlaşmasını da hədəfə alıb. Blinkenin köməkçisi Ceyms Obrayn Azərbaycanı İran və Rusiya ilə birgə hərəkət etməkdə ittiham edib. Halbuki indiyədək ABŞ-ın regional siyasətinə zərbəni Ermənistan vurub, Azərbaycan yox.

 

trend

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!