Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bunlara tələbələrə verilən vizalar və ABŞ-da qanunla qarşılaşan xarici vətəndaşların sahib olduğu vizalar daxildir.
Tezadlar.az xəbər verir ki, Dövlət Departamenti X sosial media platformasında dərc olunmuş açıqlamada bildirib: “Dövlət Departamenti hazırda 100.000-dən çox vizanı, o cümlədən təxminən 8.000 tələbə vizasını və cinayətkar fəaliyyətinə görə ABŞ hüquq-mühafizə orqanları ilə qarşılaşan şəxslər üçün 2.500 xüsusi vizanı ləğv edib”.
Departament açıqlamasına ABŞ prezidenti Donald Trampın rəqs etdiyi şəkli əlavə edərək, birlikdə görülən tədbirlərin ölkənin daxili təhlükəsizliyini təmin etməyə yönəldiyini bildirib və bu cür fəaliyyətləri davam etdirəcəyini açıqlayıb.
Daha əvvəl ABŞ-da qanunsuz yaşayan immiqrantlara Yeni ildən əvvəl könüllü olaraq ölkəni tərk etdikləri halda 3000 dollar ödəniləcəyi bildirilmişdi və 2025-ci ilin dekabr ayının əvvəlində 85.000 viza ləğv edilmişdi.
JASMİN