25 İyul 2025 / 07:28

Anasını ilə nənəsini öldürdü və…

Goranboyda dəhşətli qətl hadisəsi baş verib. Belə ki,  şəhər sakini anasını və nənəsini qətlə yetirməkdə şübhəli bilinir. Tezadlar.az xatırladır ki,  Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə,  1978-ci il təvəllüdlü İsmayılova Lalə Saleh qızı və onun anası, 1948-ci il təvəllüdlü İsmayılova Tamella Dilənçi qızının meyiti tibbi ekspertizaya aparılıb. Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!