Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Aprel 2026 / 15:55

3 uşaq ata-anasız qaldı- Tovuzda valideynləri onlardan imtina etdilər

Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub.

Bu barədə Tezadlar.az -a  Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, uşaqların mövcud vəziyyəti qiymətləndirilib:

“Sosial Xidmətlər Agentliyinin əməkdaşları aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş apararaq uşaqları müvafiq səhiyyə müəssisəsinə yerləşdiriblər.

Müayinə və qiymətləndirmə prosedurları bitdikdən sonra isə uşaqların mənafeyi əsas götürülərək daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək”.

Məqalədə:
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!