Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avropa Parlamenti oktyabrın 22-də keçirilən plenar iclasında Serbiyanın Avropa İttifaqına üzvlüyünü rədd edib.
Tezadlar.az xəbər verir ki, bu məsələ ilə bağlı məlumat AP-nin saytında mövcuddur.
Qeyd olunur ki, müvafiq qətnamə səs çoxluğu ilə qəbul edilib: 457 deputat sənədin lehinə, 103 nəfər əleyhinə, 73 nəfər isə bitərəf qalıb.
Avropa Parlamenti vurğulayır ki, Belqradın Avropaya inteqrasiyası ilə bağlı danışıqlar yalnız aşağıdakı şərtlər yerinə yetirildikdən sonra davam etdirilə bilər:
– Rusiyaya qarşı sanksiyalara qoşulmaq;
– “Hüququn aliliyi sahəsində nəzərəçarpacaq irəliləyiş” əldə etmək.
Qərar Serbiya hakimiyyətinin 2024-cü ildə Novi Sadda dəmiryol vağzalında tavanın uçmasından sonra başlayan etiraz aksiyalarına reaksiyasının tənqidinə cavab olaraq qəbul edilib.
Avqustun 17-də Valyevoda iğtişaşlar zamanı etirazçılar şəhər administrasiyasının binasına və hakim Serb Tərəqqi Partiyasının ofisinə atəşfəşanlıq ediblər. Serbiya prezidenti Aleksandar Vuçiç etirazlarda iştirak edənlərin hamısını cəzalandıracağını vəd edib.
Avqustun 19-da Serbiya lideri Belqraddakı iğtişaşları respublikada rəngli inqilab cəhdinin bir hissəsi kimi qiymətləndirib. Vuçiç dəfələrlə bəyan edib ki, serb gəncləri arasında hökumət əleyhinə əhval-ruhiyyə Brüssel tərəfindən gücləndirilir və himayə edilir.
E.ŞİRİNOV