Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Tərtərdə törədilən qətl hadisəsinin təfərrüatları məlum olub.
Baş Prokurorluqdan “Təzadlar”a bildirilib ki, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Bəli, adi səbrsizlik və bir- birini sözlə başa düşməyənlərin biri o dünyaya, digəri həbsxanaya gedəsi oldu… Buna dəyərdimi?