27 İyul 2025 / 22:42

…Arif Babayev həyati mübarizədədir…

…Arif Babayev həyati mübarizədədir… Bəziləri deyir ki, yaş xəstəliyidir, yəni yaşı çoxdur. Elə deyil, Arif Babayevin nə yaşı var ki! Cəmi 87! Onun indiki mərəzi 1993- cü ildən 2020-ci ilədək haqlamış Ağdamsızlıq- Qarabağsızlıq xəstəliyidir! 87-dən 27-ni çıxanda yerdə qalır 60 yaş! Onun Arif Babayev kimi yaşadığı isə cəmi 60 ildir! Qalanı yurdunu sevən, yurdsuz yaşaya bilməmək dərdindən başlanan xəstəliyin yaşıdır! Tanıdığıma görə deyirəm, Arif Babayev sənətkardır, muğam ustadıdır, o bu 27 ildə başqası ola bilmədi, üzü güldü, içi yara bağladı- içində ağladı! Siz üzdə yarızarafatcıl, bəzən yumorla danışan, hərdən içinə çəkilib o 60 ilinə dirsəklənib oxuduğu segahları ilə Ağdamsızlığına ağı deyən Arif Babayevi görmüsünüz! O, bu illərdə elə Arif Babayev oldu, başqası ola bilmədi… Və Arif Babayev sona qədər, indiki halsız- reanimasiyalı halınadək Ağdam oldu, Qarabağ oldu, Azərbaycan oldu!
Allah böyükdür, görünür böyük dərdi də böyük adamlara çəkdirir!
Allah şəfasını əsirgəməsin!
Asif MƏRZİLİ
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!