Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 May 2025 / 13:12

Arif Babayev Heydər Əliyev Mükafatına layiq görüldü

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

– Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Arif İmran oğlu Babayevə Heydər Əliyev Mükafatı verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2025-ci il

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!