Tezadlar.az xəbər verir ki, Azərbaycanın populyar müğənnisi, “Avroviziya” təmsilçilərimizdən olan Nadir Rüstəmli yeni layihəsini təqdim edib. Sənətçi Xalq artisti Aygün Kazımovanın 40 illik yaradıcılığına həsr olunmuş “Best of Aygun/40” layihəsi çərçivəsində kamera qarşısına keçib.
Nadir Rüstəmli layihə üçün pop-divanın repertuarından olan məşhur “İndi sənsiz” mahnısını yenidən şərh edib. İfanın özünəməxsus tərzi və fərqli aranjimanı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Xatırladaq ki, “Best of Aygun/40” layihəsində ölkənin tanınmış ifaçıları Aygün Kazımovanın hitlərini yeni nəfəsdə ifa edirlər.
Səbinə Bağırova
Video üçün linkə keçid edə bilərsiz:
https://www.instagram.com/reel/DWwZq37CPS1/?igsh=a3hlbjgwdHZ1azMw







