6 Fevral 2026 / 17:37

Artur Aqabekyanın evləri və 92 min dolları müsadirə təhlükəsi altında

Ermənistanın müdafiə nazirinin sabiq müavini Artur Aqabekyanın bir neçə daşınmaz əmlakı və 92 min dolları qanunsuz əmlak kimi müsadirə oluna bilər.

Tezadlar.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qurumun məlumatına görə, Antikorrupsiya Məhkəməsi prokurorluğun müvafiq iddiasını icraata alıb. Xüsusilə, Aqabekyandan və onunla əlaqəli şəxslərdən üç daşınmaz əmlakın, İrəvanda dörd daşınmaz əmlakı almaq hüququnun, üç nəqliyyat vasitəsinin və qeyd olunan pul vəsaitlərinin müsadirə edilməsi təklif olunur.

A.Aqabekyan 2000-2007-ci illərdə müdafiə nazirinin müavini, 2007-2012-ci illərdə Milli Məclisin deputatı olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!