28 Fevral 2024 / 06:15

ASAN XİDMƏTİN YASAMAL MƏRKƏZİ BAĞLANIR- SƏBƏB

Bakının Yasamal rayonunda yerləşən 3 saylı “ASAN xidmət” mərkəzi zəruri təmir-bərpa işləri ilə əlaqədar martın 1-dən bir ay müddətinə bağlanacaq.

Tezadlar.az xatırladır ki, “ASAN xidmət” mərkəzinin rəsmi saytında bu barədə məlumat paylaşılıb. Sitat: “Vətəndaşlar hazır sənədlərini 3 saylı “ASAN xidmət” mərkəzindən götürmək üçün martın 1-dən etibarən 7 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət edə bilərlər…”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!