Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Uşaq kəllə-beyin travması alıb və hadisə yerində ölüb
Novouralskda ata ağlayan iki aylıq oğlunu döyərək öldürüb.
Tezadlar.az bildirir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi məlumat verib.
Hadisə 22 oktyabrda Pervomayskaya küçəsindəki bir mənzildə baş verib. Uşağın ağlaması və narahatlıq yaratması atanı çox qəzəbləndirib. Kişi uşağı əlləri ilə döyməyə başlayıb, başı da daxil olmaqla, ona zərbələr endirib.
“Nəticədə, oğlan uşağı kəllə-beyin travması alıb və hadisə yerində ölüb”, – deyə idarənin Telegram kanalında bildirilib.
Müstəntiqlər açıq-aşkar çarəsiz vəziyyətdə olan azyaşlının qətli ilə bağlı cinayət işi açıblar. Kişi ömürlük həbs cəzası ilə üzləşir.
E.ŞİRİNOV