Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 İyun 2024 / 03:57

AVRO-2024: İSPANİYA GÜRCÜSTANLA, İNGİLTƏRƏ SLOVAKİYA İLƏ OYNAYIR

Bu gün Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında  1/8 final mərhələsinin daha iki matçı baş tutacaq.

Tezadlar.az xatırladır ki,  əvvəlcə İngiltərə və Slovakiya komandaları üz-üzə gələcək.

İngiltərə millisi C qrupundan lider kimi növbəti mərhələyə yüksəlib. Slovakiya isə E qrupunda üçüncü olmaqla 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb. Helzenkirhendəki “Feltins Arena”da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək.

Günün digər matçı Kölndə keçiriləcək. İspaniya və Gürcüstan milliləri “Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcək. İspaniya 1/8 finala B qrupunun birincisi kimi yüksəlib. Gürcüstan isə F qrupundan ən yaxşı üçüncü kimi növbəti mərhələyə adlayıb. Bu qarşılaşma saat 23:00-da başlayacaq.

AVRO-2024

1/8 final

30 iyun

20:00. İngiltərə – Slovakiya

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Helzenkirhen, “Feltins Arena”.

23:00. İspaniya – Gürcüstan

Baş hakim: Fransua Leteksye (Fransa).

Köln, “Reyn Enerqi” stadionu.

XXX

Xatırladırıq ki, “SOCAR Georgia Petroleum” Gürcüstan millisinin  bu gün İspaniya yığmasını məğlub edəcəyi təqdirdə bütün növ yanacağın qiymətində endirim vəd edib.

Tezadlar.az

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!