Əsas məzmuna keç

İran rəsmisi ölkəsinin Pakistanın çağırışını müsbət qarşıladığını bildirib

Pakistan ABŞ prezidenti Donald Trampı İrana verilən müddəti iki həftə uzatmağa və İran hökumətini Hörmüz boğazını iki həftə açmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, “Reuters” agentliyinə danışan yüksək vəzifəli İran rəsmisi İranın Pakistanın çağırışını müsbət qarşıladığını bildirib.

Rəsmi qeyd edib ki, İran həm sülhə, həm də müharibəyə hazırdır.

Şahbaz Şərifin çağırışı

“Diplomatiyanın öz yolu ilə davam etməsinə imkan vermək üçün prezident Trampdan müddəti daha iki həftə uzatmasını səmimi qəlbdən xahiş edirəm. Pakistan xoşməramlılıq əlaməti olaraq iranlı qardaşlarımızdan Hörmüz boğazını iki həftə açmalarını səmimi qəlbdən xahiş edir”, – Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.

E.ŞİRİNOV

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…