Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bu gün Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.
Tezadlar.az CBC- İdman- a istinadla bildirir ki, D və C qruplarında mübarizəyə yekun vurulacaq. Berlində Niderland və Avstriya komandaları üz-üzə gələcək. Hazırda D qrupunun lideri olan Niderland millisinin 4, Avstriyanın isə 3 xalı var. Qrupun digər komandaları Fransa və Polşa isə Dortmund şəhərində qarşılşacaqlar. Fransa millisi 4 xala malikdirsə, Polşanın xalı yoxdur.
Hər iki oyun Bakı vaxtl ilə saat 20:00-da başlayacaq.
25 iyun
AVRO-2024
D qrupu, III tur
20:00. Niderland – Avstriya
Baş hakim: İvan Krujlyak (Slovakiya).
Berlin Olimpiya Stadionu.
20:00. Fransa – Polşa
Baş hakim: Marko Quida (İtaliya).
Dortmund, “Siqnal İduna Park”.
C qrupunda İngiltərə millisi paytaxt Berlində Sloveniyanı sınağa çəkəcək. Qrup lideri İngiltərə 4, Sloveniya komandası isə 2 xala malikdir. Qrupun digər matçı Münhendə baş tutacaq. İkinci pillədə qərarlşan Danimarka qrup sonuncusu Serbiya ilə münasibətlərə aydınlıq gətirəcək. Danimarka millisinin 2, Serbiyanın isə 1 xalı var.
Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
C qrupu, III tur
23:00. İngiltərə – Sloveniya
Baş hakim: Klement Turpin (Fransa).
Köln, “Reyn Enerqi” stadionu.
23:00. Danimarka – Serbiya
Baş hakim: Fransua Leteksye (Fransa).
Münhen, “Alyans Arena”.
Ümumən çempionat isə iyulun 14- də yekunlaşacaq…