Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 İyun 2024 / 04:08

AVRO-2024-ÜN HƏYƏCANI SON HƏDDƏ YAXINLAŞIR: QALİB KİM OLACAQ?

Bu gün Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək…

Tezadlar.az xatırladır ki, bu gün isə B qrupunda mübarizəyə yekun vurulacaq. Düsseldorfda Albaniya 1/8 finalı özü üçün təmin edən İspaniya ilə qarşılaşacaq. Ötən tur Xorvatiya ilə heç-heçə edən albaniyalılar sürprizə ümid edir.

Gecənin digər oyunu isə Leyptsiq şəhərində gerçəkləşəcək. Ötən tur İspaniyaya məğlub olan İtaliya Xorvatiyanın müqavimətini qırmağa çalışacaq. Qələbə Luçano Spalettinin komandasını növbəti tura daşıyacaq.

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

24 iyul

AVRO-2024

B qrupu, III tur

23:00. Albaniya – İspaniya

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf, “Esprit Arena”.

23:00. Xorvatiya – İtaliya

Baş hakim: Denni Makkeli (Niderland).

Leyptsiq, “Red Bull Arena”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!