…Sizlərə Bavariya Dövlət Kitabxanasının rəqəmsal arxivində saxlanılan “Trois Comédies traduites du dialecte turc Azeri en persan par Mirza Dja’far [Dscha’far], et publiées d’après l’édition de Téhérân, avec un glossaire et des notes, par C. Barbier de Meynard et S. Guyard. Fath Ali.Paris : Imprimerie Nationale, 1886” adlı çox maraqlı bir kitabı təqdim edirəm.
Kitabın təxmini tərcümədə adı belə gedir: “Mirzə Cəfər tərəfindən Azərbaycan türk ləhcəsindən fars dilinə tərcümə edilmiş və Tehran nəşri əsasında, lüğət və qeydlərlə birlikdə C. Barbier de Meynard və S. Guyard tərəfindən nəşr olunmuş üç komediya.Fətəli [Axundzadə] Paris: Milli Mətbəə (Imprimerie Nationale), 1886-cı il”
Müəlliflər Mirzə Cəfər Qaracadaği tərəfindən edilən fars tərcüməsini təhlil edir və orda olan fikirlərə akademik yanaşma göstərirlər.
Charles Barbier de Meynard və Stanislas Guyard Fransada və Avropada ilk dəfə olaraq Azəri dilini akademik səviyyədə “Dialecte Turc Azeri” kimi rəsmiləşdirildi. Onlar sübut etdilər ki, bu dil fars dilinin təsirində qalan bir ləhcə deyil, özünəməxsus ədəbi qaydaları olan müstəqil bir türk dilidir.
Bu kitab 1886-cı ildə Parisdə nəşr olunarkən, o dövrün Şərq Dilləri Məktəbinin tələbələri üçün bir tədris vəsaiti kimi hazırlanıb. Barbier de Meynard kitabın redaktoru və ön söz müəllifidir. Stanislas Guyard isə mətndəki qrammatik qeydlərin, lüğət hissəsinin və linqvistik analizlərin hazırlanmasında iştirak edib.
Müəlliflər “Azəri” sözünün kökünü və onun hansı xalqlar tərəfindən istifadə edildiyini araşdırır. O dövrün Avropa şərqşünaslığı üçün bu, regionun etnik xəritəsini anlamaq cəhdi idi.
Müəlliflər 4-cü və 5-ci səhifələrdə regionun dil xüsusiyyətlərindən danışarkən, “Azəri” ifadəsini geniş mənada Türk dilləri ailəsinin (və ya o dövrün terminologiyası ilə “tatar/türk ləhcələri”) bir parçası kimi təqdim edir. O, bu insanların danışdıqları dilin struktur və mənşə baxımından türk mənşəli olduğunu vurğulayır.
Müəlliflər bu insanların mədəniyyətini və hərbi sistemini təsvir edərkən onları “Turcae” (Türklər) kateqoriyasına daxil edir. O eyni zamanda bəzi yerli dialektlərin fars elementləri daşıdığını desə də, “Azəri” kimliyini daşıyan kütlənin əsas etnik kimliyini və hakim dilini Türk kimliyi üzərində qurur.
Müəlliflər “Azəri” sözünü sadəcə coğrafi bir termin kimi saxlamır, onu birbaşa türk mənşəli xalq və dil kontekstinə yerləşdirir. Bölgədə danışılan bu dil həm ərəb, həm də fars dillərindən müəyyən sözlər götürüb, lakin öz türk qrammatikasını və ruhunu qoruyub saxlayıb. Mətnin bəzi yerlərində Müəlliflər dolayısı ilə bu insanların kökünü qədim Oğuz tayfalarına bağlayır.
Müəlliflər qeyd edir ki, ondan öncə və o dövrün müəllfləri “Azəri” dilini qədim fars dili olan Pəhləvi ilə qarışdırırdılar.
C. Barbier de Meynard və S. Guyard dövrün reallığına əsaslanaraq bildirir ki, hazırda bu regionda hakim olan və “Azəri” adlanan kimlik tamamilə Türk xarakterlidir. O, keçmişdəki yerli dialektlərin zamanla türk dili tərəfindən necə assimilyasiya olunduğuna və ya üstələndiyinə işarə edir.
Onlar yazırlar ki, “Lingua Azarica” (Azəri dili) öz kökləri etibarilə digər regional dillərdən fərqlənir. Bu dilin türkcənin ən təmiz və ən qədim qollarından biri olduğunu eyham edir.
“Lingua Adiabene, seu Atropatenica, quae hodie Azeri audit, est genuina dialectus Turcica…”
(Tərcüməsi: “Adiabene və ya Atropatena [Azərbaycan] dili, hansı ki, bu gün Azəri adlanır, əsl Türk ləhcəsidir…”)
Mətndə deyilir ki, bu dildə danışanlar fars dilini başa düşsələr də, öz dillərini “üstün və daha qətiyyətli” hesab edirlər.
Sənəddə “Azəri” ifadəsi sadəcə bir lüğət sözü deyil; o, Azərbaycanın həm şimalını, həm cənubunu əhatə edən, türk dili və kimliyi üzərində yüksələn, hərbi və ticari baxımdan güclü bir millətin təsviridir.
Kitabda “Azəri” sözünü bəzən həm də bir “zadəganlıq və hərbi elita” rütbəsi kimi işlədi müəlliflər, yəni hər kəs yox, məhz dövləti idarə edən və orduda vuruşan türk təbəqəsi bu adla uca tutulur.