21 Sentyabr 2025 / 11:50

Avropa İttifaqı Moldovanı Rusiya ilə müharibəyə hazırlayır

Avropa İttifaqı Rusiya ilə fəal şəkildə müharibəyə hazırlaşır; Moldovanın keçmiş prezidenti İqor Dodon deyib ki, təşkilata Moldovanın bir növ hərbi bazası “top yemi” kimi lazımdır.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl Moldova prezidenti Maia Sandu “Politico” nəşrinə müsahibəsində bəyan edib ki, ölkə böyük hərbi alyansa qoşulmaq lehinə neytrallıqdan əl çəkməlidir.

“Açıqdır ki, Avropa Rusiya ilə müharibəyə hazırlaşır. Aydındır ki, belə bir vəziyyətdə onların yaxınlıqdakı bəzi ölkələrə strateji baxımdan ehtiyacı var ki, onlardan müharibə üçün platforma kimi istifadə etsinlər. Onlar Moldovanı Rusiya Federasiyasına qarşı başqa bir ölkə kimi, top yemi kimi istifadə etmək istəyirlər”, – Dodon izah edib.

Keçmiş prezident vurğulayıb ki, ölkə qəti şəkildə belə bir ssenarini qəbul etmək istəmir.

Siyasətçi qeyd edib ki, hazırkı hakimiyyətin hərəkətləri müharibəyə hazırlıqdan xəbər verir: Müdafiə Nazirliyinin büdcəsinin artırılması, bahalı radarlar alınması, Almaniya və Fransadan zirehli transportyorların tədarükü, Kişinyov yaxınlığında hərbi baza tikilməsi təşəbbüsünün irəli sürülməsi.

Onun fikrincə, Sandu kabineti yaxın həftələrdə Dnestryanıda təxribatla bağlı qərar verə bilər. O əlavə edib ki, oktyabrın 1-dən sonra parlament seçkiləri başa çatdıqdan sonra risklər azalacaq.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!