Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 May 2025 / 18:48

Avropa Komissiyası, Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması üçün ‘yol xəritəsi’ təqdim edib

Avropa Komissiyası (AK) bu gün Avropa İttifaqına (Aİ) Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılması üçün “yol xəritəsi” layihəsini təqdim edib.

Bu barədə AK-nın enerji məsələləri üzrə üzvü Dan Yorgensen Strasburqda keçirilən mətbuat konfransında bildirib.

“Bu gün biz “yol xəritəsi”ni təsdiq etdik və gələn ay komissiyanın qanunvericilik təkliflərini təqdim edəcəyik”, – o qeyd edib.

AK-nın paylaşımına əsasən, “yol xəritəsi” “Rusiya nefti, qazı və nüvə enerjisinin Aİ bazarlarından tədricən çıxarılmasını” nəzərdə tutur və bu, enerji keçidimiz irəlilədikcə koordinasiyalı və təhlükəsiz şəkildə baş verəcək.

“Tədbirlər qiymətlərə və bazarlara hər hansı təsiri məhdudlaşdırmaqla Aİ-də enerji təchizatının təhlükəsizliyini qorumaq üçün hazırlanıb”, – sənəddə qeyd olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!