Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 May 2024 / 04:47

AVROPA LİQASININ QALİBİ BƏLLİ OLDU

Bu gecə nəhayət ki, UEFA Avropa Liqasında 2023/2024-cü illər mövsümünün qalibi müəyyənləşdi…

Tezadlar.az CBC- İdman- a istinadla xəbər verir ki, İrlandiyanın paytaxtı Dublindəki “Dublin Arena”da keçirilən final matçında Almaniyanın “Bayer 04” və İtaliyanın “Atalanta” klubları üz-üzə gəlib. Görüşdə qələbə qazanan (3:0) berqamolular tarixlərində ilk dəfə Avroliqanın qalibi olublar. Qarşılaşmanın 12-ci, 26-cı və 76 cı dəqiqələrində fərqənməklə het-trik edən Ademola Lokman leverkuzenlilərin 51 oyunluq məğlubedilməzlik seriyasına son qoyub.

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!