Əsas məzmuna keç

PFL-dən qərar: Tovuz stadionu hazırdır

Tovuz şəhər stadionunun qazonunda aparılmış yenidənqurma işləri Peşəkar Futbol Liqası (PFL) tərəfindən təftiş olunub.

Bu barədə Tezadlar.az PFL-dən məlumat verilib.

Keçirilmiş test qarşılaşmasının uğurlu nəticələri nəzərə alınaraq, “Turan Tovuz” klubunun ev oyunlarının Tovuz şəhər stadionuna qaytarılması qərara alınıb.

Bu dəyişiklik aprelin 12-də “Sumqayıt” kollektivinə qarşı keçiriləcək qarşılaşmadan etibarən qüvvəyə minəcək.

Qeyd edək ki, daha əvvəl qərb təmsilçisi ev oyunlarını Bakıdakı “Azərsun Arena”da ev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…