Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Artıq Avropa rəsmiləri Ukraynadakı münaqişənin nizamlanması çərçivəsində bufer zona yaradılması məsələsini müzakirə etməyə başlayıblar. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə “Politico” nəşri beş avropalı diplomata istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, söhbət Rusiya və Ukrayna cəbhələri arasında 40 kilometrlik bufer zonanın yaradılması imkanından gedir və bu, mümkün sülh sazişinin tərkib hissəsi kimi nəzərdən keçirilir.
Mənbələrin bildirdiyinə görə, bu təklif Avropa rəsmilərinin Ukraynada atəşkəs və ya müharibədən sonrakı tənzimləmə ssenariləri çərçivəsində müzakirə etdiyi bir neçə variantdan biridir. ABŞ-nin bufer zonanın yaradılması ilə bağlı müzakirələrdə iştirak etmədiyi vurğulanıb. Bu zonanın sərhədinə nəzarət etməli olan hərbi qüvvələrin sayı da hələlik dəqiqləşməyib. Məlumata görə, bu say 4 min ilə 60 min arasında dəyişə bilər və onun əsas hissəsini Fransa və Britaniya hərbçiləri təşkil edəcək.