Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Böyük Britaniya, Almaniya və Fransanın xarici işlər nazirləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə məktub göndərərək, İrana qarşı sanksiyaların bərpasına təşəbbüs göstərməyə hazır olduqlarını bildiriblər.
Tezadlar.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Sənəddən görünür ki, İran nüvə proqramı ilə bağlı danışıqları bərpa etməsə, “Avropa üçlüyü” belə tədbirlər görə bilər. Bunun üçün ölkələrin “aydın və birmənalı” hüquqi əsaslarının olduğu vurğulanır. Həmçinin qeyd edilir ki, Berlin, Paris və London Tehrana sanksiyaların dayandırılmasını uzatmağı təklif ediblər.
E.ŞİRİNOV