Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İnsanları haqqa – dərgaha şağıran, Allahın əmrindən çıxmamağa səsləyən axund bu dəfə özü cızığından çıxıb… Sosial mediada yayılan məlumatlardan bəlli olur ki, ötən gün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu Tahirov Turab Əliqan oğlu məscidə Quran dərsinə gələn 16 yaşlı qız uşağını qaçırıb. Qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. Hadisə ilə bağlı başqa bir detal isə axundun məscidə yığılan pulları da ələ keçirməsidir. İddia olunur ki, axund məscidin 20 min manatını da ələ keçirib.
Beləliklə, axund nəinki dini qayda və qanunları, həm də Azərbaycan CM- nin maddələrini əzib keçib. Deməli, göydə Allahın, yerdə isə müstəntiqin verəcəyi cəzaya hazır olmalıdır… Təbii ki, əgər qız könüllü getməyibsə…
Səbuhi