Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya Ayda atom elektrik stansiyası tikəcək.
Tezadlar.az bildirir ki, bu barədə “Roskosmos”un rəhbəri Dmitri Bakanov məlumat verib.
Onun Rusiya Gününün qeyd olunması ilə bağlı müraciəti dövlət korporasiyasının Telegram kanalında dərc olunub.
“Roskosmos” rəhbəri qeyd edib ki, Ayda yerləşdirilən elektrik stansiyası gələcək Ay bazalarının təməli olacaq.
“Bundan əlavə, dövlət korporasiyası ölkənin bütün ərazisini əhatə etmək üçün orbital qrupunu artırmağı planlaşdırır”, – Bakanov davam edib.
“Qarşıda böyük hədəflər var. Biz cəsarət, düşüncə miqyası və mühəndislik dühası tələb edən layihələr həyata keçirməli olacağıq”, – o qeyd edib.
Bundan əvvəl Rusiya ekzoplanetlərdən birinə – Yerə ən çox bənzəyən göy cisimlərinə çatmağı təklif etmişdi. İdeyanın müəllifi, Yeni Kosmik Korporasiyanın Direktorlar Şurasının sədri Dmitri Matsuk buna nail olmaq üçün hansı texniki vasitələrdən istifadə oluna biləcəyini dəqiqləşdirməyib.
E.ŞİRİNOV