Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 İyun 2024 / 08:27

AZƏRBAYCAN VƏ SERBİYANIN HƏRBİ EKSPERTLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində “Quru Qoşunlarının döyüş hazırlığı və öyrənilmiş təcrübələr” mövzusu üzrə hər iki ölkənin hərbi ekspertlərinin görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, serbiyalı qonaqlara Azərbaycan Ordusunun Quru Qoşunlarında döyüş hazırlığının təşkili və digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib.

Görüşdə hər iki ölkənin Quru Qoşunlarının döyüş hazırlığı üzrə vəzifəli şəxsləri və mütəxəssisləri tərəfindən brifinqlər təqdim olunduqdan sonra geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!