22 Dekabr 2022 / 19:42

AZƏRBAYCANDA KARANTİN MÜDDƏTİ YENƏ UZADILDI – 2023-CÜ İLİN MARTIN 1-DƏK

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.

 Qeyd edək ki, bundan əvvəl xüsusi karantin rejiminin müddəti 1 yanvar 2023-cü ilə qədər idi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!