Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 Avqust 2024 / 10:39

“AZƏRBAYCANIN MİLLİ PARKLARININ TANITIMI” TƏDBİRİ HƏM EKOTURİZMİN İNKİŞAFINA, HƏM DƏ TƏBİƏTİ MÜHAFİZƏ İŞİNƏ ƏHƏMİYYƏTLİ DƏSTƏKDİR

“Biomüxtəliflik – təbiətin harmoniyası” devizi altında Dənizkənarı bulvarda növbəti dəfə baş tutan ” Azərbaycanın milli parklarının tanıtımı” tədbiri ölkəmizin ekoturizm sektorunun inkişafına, ekoturizm potensialı barədə məlumatlılığın artırılmasına töhfə verdi, bu sahədə yeni fürsətlər və həllər üçün bir platformaya çevrildi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, eyni zamanda, belə bir kütləvi tədbirin keçirilməsi ölkəmizdə yaradılmış xüsusi mühafizə olunan təbiət ərazilərinin mahiyyətinin təbliğinə, təbiət və insan münasibətlərinin həssas müstəvi üzərində qurulmasına, təbiəti mühafizə sisteminin xüsusiyyətlərinin əhaliyə çatdırılmasına, bütövlükdə isə təbiətin bütün guşələrinin qorunmasına diqqətin yönəldilməsi istiqamətində vətəndaşlarla birbaşa dialoqun formalaşmasına şərait yaratdı.

Ümumiyyətlə, bu dəfə də tanıtım tədbiri vətəndaşların böyük marağı ilə qarşılanıb.

Qeyd edək ki, bu tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin, “Ekosfera” sosial-ekoloji mərkəzin, Müasir Psixologiya mərkəzinin, “Coca-Cola Azərbaycan”ın dəstəyi ilə keçirilib.

Xatırladaq ki, bundan əvvəl milli parkların tanıtım sərgisi iyunun 22-də təşkil olunmuşdu.

R.XUDATQIZI

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!