Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“ABŞ “Azadlıq Radiosu” və “Amerikanın Səsi” radiostansiyalarını bağlamalıdır, çünki heç kim onları dinləmir, onların fəaliyyəti isə ildə təxminən 1 milyard dollara başa gəlir…”
Tezadlar.az xəbər verir ki, bu barədə amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. Onun fikrincə, bu radiostansiyalar “öz-özünə danışan dəli” radikal solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya ABŞ-nin vergi ödəyiciləri tərəfindən toplanan təxminən 1 milyard dollar xərclənir.
Xatırladaq ki, “Azadlıq Radiosu” və “Amerikanın Səsi” bir sıra digər KİV kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur. ABŞ konqresmenlərinin bir çoxu bu bəyanatdan ciddi narahatdır.
A.Məmmədli