14 Aprel 2024 / 04:58

“AZAL”IN BİR SIRA REYSLƏRİ BU SƏBƏBDƏN GECİKİR

Bir müddətdir Yaxın Şərqdə baş verən hadisələrlə bağlı “Azərbaycan Hava Yolları” aviaşirkətinin bəzi reysləri təhlükəsizlik məqsədilə və

bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir. Tezadlar.az “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatlara istinadla bildirir ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin İslamabad-Bakı (J2 5144); Dammam-Bakı (J2 8210); Dehli-Bakı (J2 058); Dubay-Bakı (J2 016) reysləri təhlükəsizlik məqsədilə hələki baş tutmur. QSC rəhbərliyi xahiş edir ki, sərnişinlər və ya onların yaxınları hər hansı suallar yarandıqda, callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

İnanaq ki, tezliklə gecikən sərnişinlər mənzil başına rahat çatacaqlar.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!