Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Hava Yolları (AZAL) təxminən 30 ildə ilk dəfə beynəlxalq uçuşlar üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb. Tezadlar.az xəbər verir ki, bu barədə Flightradar24-ün Facebook səhifəsində dərc olunub. Nəşr yazır ki, AZAL Ermənistanın hava məkanından yalnız hər iki istiqamətdə Naxçıvana uçuşlar üçün istifadə edib. Mövcud gəyişiklik uçuş məsafələrini və aviaşirkət üçün yanacaq sərfini azaldacaq. Bildirilir ki, bu qərar həmçinin regional əməkdaşlığa doğru potensial addım kimi qiymətləndirilir və hava nəqliyyatının səmərəliliyini artıracaq.