Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanın cüdo millisi Gürcüstanda keçiriləcək Avropa çempionatına ciddi hazırlaşır.
Tezadlar.az ın məlumatına görə, bunu kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman jurnalistlərə açıqlamasında deyib.
Almaniyalı mütəxəssis Tbilisi şəhərində keçiriləcək qitə birinciliyi ilə bağlı fikirlərini bölüşüb:
“Yarışa az qalıb. Komandanın hazırlığı istədiyimiz səviyyədədir. Gürcüstanda da yaxşı təlim-məşq topıanışı keçmişdik. Əlbəyaxa döyüş növləri olduğu üçün burada zədələr qaçınılmazdır. Təəssüf ki, 66 kq çəki dərəcəsində Ruslan Paşayev zədəyə görə Avropa çempionatından kənarda qalacaq”.
O, müsbət nəticə qazanmağa kökləndiklərini vurğulayıb:
“Təbii ki, Avropa çempionatında uğur qazanmaq istəyirik. Bununla belə, dünya çempionatına da fokuslanmışıq. Mundialda da yaxşı nəticələr qazanacağımıza inanıram. Cüdoda əvvəlcədən proqnoz vemək çətindir. Ötən il Avropa çempionatında 5 medal qazanmışdıq. Bu dəfə bu rəqəmin daha böyük olacağına inanıram”.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək. Qitə birinciliyində 46 ölkədən 409 cüdoçu 14 dəst medal uğrunda mübarizə aparacaq.