9 İyul 2025 / 20:37

Azərbaycan diaspor rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşən İbrahimov Rusiyadan deportasiya olunur.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

Bildirilib ki, İbrahimovun “Aeroflot” hava yollarının axşam reysi ilə Bakıya yola salınması planlaşdırılır.

İlkin məlumata görə, o, hazırda Şeremetyevo hava limanındadır.

Qeyd edək ki, E. İbrahimov bir neçə gün əvvəl Rusiya vətəndaşlığından məhrum edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!