Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin ev sahibliyi ilə NATO ölkələrinin hərbi dəniz və hava qüvvələri, Sahil Mühafizəsi Komandanlığının müvafiq bölmələri, həmçinin müxtəlif dövlətlərdən gələn müşahidəçilərin iştirakı ilə “Nüsrət-2025 Dəvət Təlimi” keçirilir. Azərbaycan Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Tezadlar.az xatırladır ki, Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Saros körfəzində keçirilən beynəlxalq təlimdə iştirak edir.Təlimin məqsədi iştirakçı bölmələr və komandanlıqların mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirilməsi sahəsində bilik və bacarıqlarını artırmaq, eləcə də Türkiyə Hərbi Dəniz Qüvvələri ilə dost və müttəfiq ölkələrin dəniz qüvvələri arasında qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməkdir.
Qeyd edək ki, beynəlxalq təlimdə Azərbaycanla yanaşı, ABŞ, BƏƏ, Bəhreyn, Bolqarıstan, İndoneziya, Cənubi Afrika, Niderland, Keniya, Koreya Respublikası, Küveyt, Malayziya, Mərakeş, Misir, Pakistan, Peru, Səudiyyə Ərəbistanı, Sinqapur, Şri-Lanka və Omandan ümumilikdə 44 nəfər iştirak edir.