Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 May 2025 / 19:06

Azərbaycan İlk Dəfə Beynəlxalq Hokkey Turnirində Təmsil Olunacaq

Mayın 9-11-i aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək hokkey üzrə beynəlxalq “Galaxy Cup” turnirində Azərbaycan ilk dəfə təmsil olunacaq.

“Tezadlar.az” xəbər  verir  ki, yarışda “Ocaq Sport” klubunun 2013–2015-ci il təvəllüdlü 10 istedadlı hokkeyçisi Azərbaycan adından iştirak edəcək.

Bu, Azərbaycan tarixində uşaq yaş qrupları üzrə hokkey sahəsində ilk beynəlxalq çıxış olacaq və ölkəmizdə bu idman növünün inkişafı baxımından mühüm addım hesab olunur.

Gənc idmançılar yalnız fərdi bacarıqlarını deyil, həm də Azərbaycan hokkey məktəbinin formalaşmaqda olan potensialını nümayiş etdirəcəklər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!