Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 10:58

Azərbaycan neftinin bir barelinin qiyməti 130 dollara yaxınlaşır

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,81 ABŞ dolları və ya 3,07 faiz artaraq bir barel üçün 128,05 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbədən məlumat daxil olub.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 3,61 dollar və ya 3,07 faiz bahalaşaraq 121,05 dollar olub.

“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,99 dollar və ya 3,25 faiz artaraq bir barel üçün 95,10 dollara atıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 2,98 dollar və ya 2,47 faiz artaraq bir barel üçün 123,49 dollara çatıb.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!