Əsas məzmuna keç

Azərbaycanın “qara qızılı” qızıla dönür- 118 dollar!

Hörmüz körfəzindəki məlum münaqişə və hadisələr Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftini bahalaşdırıb. Tezadlar.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 9,63 ABŞ dolları və ya 8,9% artaraq 117,79 ABŞ dolları olub. 

Zəruri qeyd: Azərbaycan neftinin əvvəlki qiyməti 108,16 ABŞ dolları təşkil edib. O da var ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…