Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 May 2025 / 13:26

Azərbaycan nümayəndə heyəti “Rusiya – İslam Dünyası: Kazan Forumu”nda iştirak edib

15 may 2025-ci il tarixində Rusiya Federasiyasının Kazan şəhərində keçirilən “Rusiya – İslam Dünyası: Kazan Forumu” çərçivəsində Azərbaycan Respublikasının nümayəndə heyəti də iştirak edib.

Tezadlar.az xəbər verir ki, Forumun builki mövzusu “Mədəniyyətin sosial-iqtisadi inkişafa təsiri” olub. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının nümayəndəsi forum iştirakçılarını salamlayaraq, ölkəmizin İslam dünyası ilə mədəni, humanitar və iqtisadi əlaqələrinin genişlənməsinə verdiyi önəmi vurğulayıb.

Çıxış zamanı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş bir sıra mühüm mədəni layihələr, o cümlədən Şuşanın 2024-cü il üçün İslam Dünyasının Mədəniyyət Paytaxtı elan olunması, Bakı şəhərində keçirilmiş VI Dünya Mədəniyyətlərarası Dialoq Forumu və COP29 çərçivəsində mədəniyyət və iqlim dəyişikliyi mövzusunda keçirilən tədbirlər xüsusi qeyd olunub.

Eyni zamanda, forumda İSESKO-nun Bakıda yeni Regional Ofisinin açılmasının əhəmiyyəti vurğulanıb və Azərbaycan Respublikasının mədəniyyətin dialoq, sülh və davamlı inkişaf üçün vacib roluna dair mövqeyi təqdim olunub.

Forum, İslam dünyası ilə Rusiya arasında əməkdaşlıq imkanlarını genişləndirmək və ortaq mədəni dəyərlər əsasında yeni tərəfdaşlıqlar formalaşdırmaq baxımından əhəmiyyətli platforma rolunu oynayıb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!