Kamran Rüstəmov
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 8-ci turunda Azərbaycan və Portuqaliya U-21 yığmaları arasında Bakıda keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.
Tezadlar.az xəbər verir ki, 8-ci kilometr qəsəbə stadionunda təşkil olunacaq görüşün baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.
Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.
Qarşılaşma martın 27-si saat 15:00-da başlayacaq.