Əsas məzmuna keç

Yığmadan kənarda qalmağın təsəllisini saatlarla qumar oynamaqda tapdı

foto GETTY neymar jr jogo brasil x coreia copa do mundo

Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin heyətə daxil etmədiyi Neymar həftəsonunu qumara həsr edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Portal Leodias” məlumat yayıb.

“Santos”un hücumçusunun saatlarla onlayn poker oynadığı bildirilir. Məlumata görə, Neymar cümə gününü ailəsi ilə keçirdikdən sonra, şənbə günü saat 14:30-dan 22:00-a qədər poker oynayıb. Bazar günü isə bu fəaliyyəti davam etdirərək 14:00-dan 23:00-a qədər oyunda olub.

Maraqlıdır ki, A seriyasında “Kruzeyro” – “Santos” oyunu bazar günü saat 16:00-da keçirildiyi halda, Neymar həmin vaxt da poker turnirində iştirak edirdi. Daha öncə oncə elan edilib ki, o, son dövrlər fiziki yüklənməsinin çox olması səbəbindən görüşü buraxacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…