Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avqustun 2-dən etibarən Suriya hər gün Azərbaycandan 3.4 milyon kubmetr qaz alacaq.
“Tezadlar.az” xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir bildirib.
“Avqustun 2-dən Suriya Azərbaycandan Hələb vilayətinə Türkiyə ərazisi vasitəsilə 3,4 milyon kubmetr qaz almağa başlayacaq və bu, təxminən 900 meqavat elektrik enerjisi istehsalına səbəb olacaq. Bu addım elektrik şəbəkəsinin dayanıqlığının artırılmasına töhfə verəcək”, – nazir bildirib.
A.Bayraktar deyib ki, SVOP razılaşmasına əsasən, Azərbaycandan ixrac edilən qaz Kilis üzərindən Suriyaya, Dəməşqə ixrac olunacaq:
“Avqustun 2-də Azərbaycan, Suriya və Qətərdən olan həmkarlarımla bu mərasimi Kilisdə rellaşdıracağıq”.