Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 Oktyabr 2025 / 10:30

Azərbaycan Qəzza ilə bağlı “Sülh Sammiti”nə dəvət olunub

Azərbaycan Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Misirin Şarm əl-Şeyx şəhərində baş tutacaq “Sülh Sammiti”nə dəvət olunub. Tezadlar.az xatırladır ki, bu barədə “Axios”un müxbiri Barak Ravid X sosial media platformasında paylaşım edib.

Onun sözlərinə görə, ölkələrə rəsmi dəvət ABŞ Dövlət Departamenti tərəfindən göndərilib.

“ABŞ Dövlət Departamenti bu gün bazar ertəsi Şarm əl-Şeyxdə baş tutacaq Qəzza Liderlərinin Sammitinə rəsmi dəvət göndərib. ABŞ İspaniya, Yaponiya, Azərbaycan, Ermənistan, Macarıstan, Hindistan, Salvador, Kipr, Yunanıstan, Bəhreyn, Küveyt və Kanadanı əlavə edərək, dəvət olunanların siyahısını xeyli genişləndirib”, – jurnalist qeyd edib.

Üstəlik, Ravidin sözlərinə görə, İran tərəfi dəvət alsa da, İsrail almayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!