Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanla Hindistan iqtisadiyyat, ticarət, mədəniyyət və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib.
Tezadlar.az Hindistan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Randhir Caysvalın paylaşımına istinadən xəbər verir ki, bu məsələ aprelin 3-də Hindistan XİN-in Qərb Departamentinin katibi Sibi Corcun Azərbaycan rəsmiləri ilə keçirdiyi görüşlərdə müzakirə edilib.
Caysval vurğulayıb ki, bu gün katib Corcun iştirakı ilə Bakıda iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib.
“Tərəflər (məsləhətləşmələr çərçivəsində – red.) qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçiriblər. Ticarət, texnologiyalar, turizm, əczaçılıq, mədəniyyət, insanlararası əlaqələr və transsərhəd terrorizmə qarşı mübarizə məsələləri müzakirə edilib”, – R.Caysval yazıb.