3 Aprel 2026 / 22:50

NASA-nın büdcəsində ciddi kəsinti: Xərclərin 23% azaldılması planlaşdırılır

ABŞ administrasiyası 2027-ci ildə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) fəaliyyətinə ayrılan vəsaiti 5,6 milyard dollar, yəni 23% azaltmağı planlaşdırır.

Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən təqdim edilən 2027-ci maliyyə ili üçün ABŞ-nin federal büdcə layihəsində bildirilib.

Bundan əlavə, Beynəlxalq Kosmik Stansiyanın (ISS) maliyyələşdirilməsinin 1,1 milyard dollar azaldılması planlaşdırılır.

“Büdcə 2030-cu ildə ISS-in orbitdən təhlükəsiz şəkildə çıxarılması planlarını qoruyub saxlamaqla, kommersiya kosmik stansiyalarının sürətli inkişafını və yerləşdirilməsini prioritet olaraq müəyyən edir”, – Ağ Evdən vurğulanıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!